İstanbulda terror əleyhinə kütləvi aksiya keçirildi

11-10-2015, 12:38
Oxunub: 836
Aksiya zamanı təhlükəsizliyin təmin edilməsinə çoxlu sayda polis əməkdaşı cəlb edilib


Ankarada törədilmiş terror aktına etiraz əlaməti olaraq İstanbulda təşkil olunmuş aksiyada on min nəfər iştirak edib.

APA-nın verdiyi xəbərə görə, aksiya zamanı təhlükəsizliyin təmin edilməsinə çoxlu sayda polis əməkdaşı cəlb edilib.

Məlumata görə, baş vermiş faciədə hakimiyyəti günahlandıran bəzi etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Etiraz aksiyaları həmçinin İzmir, Batman, Diyarbəkirdə keçirilib. Diyarbəkirdə polis aksiyanın dağıdılması zamanı gözyaşardıcı qazdan istifadə etməli olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti