Türkiyəyə görə Şimali Kipr də matəm elan etdi

11-10-2015, 11:30
Oxunub: 571
Şimali Kiprdə bütün şənliklər ləğv edilib


Türkiyə hökumətinin 3 günlük yas elan etməsindən sonra Şimali Kipr Türk Respublikası da bu cür addım atıb.

Report-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyəni və bütün dünyada yaşayan türkləri yasa boğan Ankara faciəsi ilə bağlı Kipr türkləri də 3 günlük yas elan ediblər.

Şimali Kiprdə bütün şənliklər ləğv edilib.

Şimali Kipr lideri Mustafa Akncı Türkiyə paytaxtında törədilən terror akını qəti şəkildə pisləyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti