Rusiya ilə ABŞ Suriya ilə bağlı danışıqları bərpa edir

10-10-2015, 20:05
Oxunub: 511
Təsadüfü toqquşmanın ola biləcəyi ilə bağlı narahatlıq var


Rusiya ABŞ-la, Suriyada hava zərbələri zamanı təhlükəsizlik məsələsinə dair danışıqları bərpa etməyə razılaşıb.

Bu barədə Pentagon rəsmiləri xəbər verib.

Danışıqların “bu həftə sonu keçiriləcəyi güman edilir,” mətbuat katibi Peter Cook bildirib.

Hər iki ölkə Suriyada ayrı hava zərbələri kampaniyasını həyata keçirdiyi üçün, təsadüfü toqquşmanın ola biləcəyi ilə bağlı narahatlıq var.

ABŞ və onun NATO müttəfiqləri həmçinin Rusiya təyyarələrinin Türkiyə hava məkanını pozması ilə bağlı da narahatlığını bildirib.

ABŞ və Rusiya hava təhlükəsizliyi ilə bağlı oktyabrın 1-də, video konfrans vasitəsilə müzakirə ediblər. Lakin ABŞ, ondan bəri Moskvadan heç nə eşitmədiklərini bildirib.(BBC)

Danışıqların ABŞ və Rusiya aviasiyası arasında məsafə və rabitə zamanı hansı dildən istifadə edilməsi məsələlərini əhatə edəcəyi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti