Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

10-10-2015, 15:28
Oxunub: 645
İrakli Qaribaşvilini Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunulub.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib.

* * *

Gürcüstanın baş naziri İrakli Qaribaşvili oktyabrın 10-da Azərbaycana səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İrakli Qaribaşvilini Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti