​Azərbaycanda problemli kreditlərin artımı davam edir

10-10-2015, 15:02
Oxunub: 277
Avqustun 1-nə olan göstəricidən 9,6 mln. manat və ya 0,08% çoxdur.


Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqust ayında 38,8 mln. manat və ya 3% artaraq sentyabrın 1-nə 1 333,6 mln. manat təşkil edib. Bu, cari ilin əvvəlinə nisbətən 357,3 mln. manat və ya 36,6%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 394,8 mln. manat və ya 42% çoxdur.

Report-un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə keçən ilin sentyabrın 1-də 5,4%, bu ilin əvvəlində 5,3%, avqustun 1-də 6,4%, sentyabrın 1-də 6,6% olub.

Milli valyutada vaxtı keşmiş kreditlər 906,7 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan analoji göstəricidən 19,5 mln. manat və ya 2,2% artıqdır. Yanvarın 1-nə olan göstərici ilə müqayisədə 139,1 mln. manat və ya 18,1%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 157,7 mln. manat və ya 21% artım olub.

Manatla vaxtı keçmiş kreditlərin ümumi manatla kreditlərində payı 7,9% təşkil edib. Avqustun 1-də bu göstərici 7,8%, yanvarın 1-də 5,7%, keçən ilin analoji dövründə isə 5,9% olub.

Xarici valyutada vaxtı keçmiş kreditlər sentyabrın 1-nə 427 mln. manat təşkil edib. Bu rəqəm avqustun 1-nə olan eyniadlı göstəricidən 19,4 mln. manat və ya 4,8% çoxdur. Yanvarın 1-i ilə müqayisədə 218,2 mln. manat və ya 104,5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 237,2 mln. manat və ya 125% artım olub.

Vaxtı keçmiş xarici valyutada kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi sentyabrın 1-nə 4,9%, avqustun 1-nə 4,6%, yanvarın 1-nə və keçən ilin analoji dövründə isə 4,1% təşkil edib.

Qeyd edək ki, kredit təşkilatlarının manatla iqtisadiyyata kredit qoyuluşları sentyabrın 1-nə 11 428,9 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan göstəricidən 9,6 mln. manat və ya 0,08% çoxdur. İlin əvvəli ilə müqayisədə isə 2 076,8 mln. manat və ya 15,3%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 261,8 mln. manat və ya 9,9% azalma qeydə alınıb.

Xarici valyutada kredit təşkilatlarının iqtisadiyyata kredit qoyuluşları isə sentyabrın 1-nə 8 667 mln. manat olub. Bu, avqustun 1-nə nisbətən 101,2 mln. manat və ya 1,15% azdır. İlin əvvəli ilə müqayisədə isə xarici valyutada kredit qoyuluşu 3 630 mln. manat və ya 72%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4 048,8 mln. manat və ya 76,7% artıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti