Azərbaycan-İtaliya oyununa 45 min bilet satılıb

10-10-2015, 12:31
Oxunub: 591
Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 69 800 azarkeş tutumuna malikdir


AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bugün keçiriləcək Azərbaycan - İtaliya matçına bilet satışı davam edir.

Trend-ə danışan AFFA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu bildirib ki, artıq 45000 bilet satılıb.

Xatırladaq ki, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 69 800 azarkeş tutumuna malikdir.

M.Nərimanoğlunun sözlərinə görə, oyunqabağı UEFA-nın iclası da artıq başa çatıb: “Azərbaycan-İtaliya matçına hazırlıq işləri çox yüksək səviyyədə gedir və hər şey qaydasındadır”.

Qeyd edək ki, Azərbaycan-İtaliya matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti