Pilot huşunu itirdi, təyyarə məcburi eniş etdi

10-10-2015, 11:06
Oxunub: 243
Londonun Qatvik aeroportundan qalxan təyyarəni Marko Polo hava limanına ikinci pilot endirib


Britaniyanın “Easy Jet” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi ekipaj komandirinin huşunu itirməsi səbəbindən Venesiyadakı Marko Polo aeroportuna məcburi eniş edib.

“The Sun” qəzetinin məlumatına görə, Londonun Qatvik aeroportundan qalxan təyyarəni Marko Polo hava limanına ikinci pilot endirib. Təyyarədə olan 164 sərnişinin heç biri xəsarət almayıb.

Huşunu itirən ekipaj komandiri xəstəxanaya yerləşdirilib.(virtualaz)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti