Fələstin-İsrail sərhədində toqquşma: 4 fələstinli ölüb

9-10-2015, 20:26
Oxunub: 644
İsrail əsgərlərinin açdığı atəş nəticəsində dörd fələstinli ölüb


Türkiyənin “Anadolu” agentliyinin operatoru Mətin Yüksəl Qaya Fələstin-İsrail sərhədində baş vermiş toqquşma zamanı yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, fələstinlilərə qarşı hücumlara etiraz etmək istəyən vətəndaşlar cümə namazından sonra İsrail-Qəzza sərhədində aksiya keçiriblər.

Fələstinli gəncləri dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin və həqiqi güllələrdən istifadə edildiyi qeyd olunub. İsrail əsgərlərinin açdığı atəş nəticəsində dörd fələstinli ölüb, 20 nəfər yaralanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti