Bu ilin ​Nobel Sülh mükafatının qalibləri açıqlandı

9-10-2015, 14:48
Oxunub: 538
Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları) bərabər olacaq.


2015-ci ilin Nobel Sülh mükafatına "Tunisdə milli dialoq kvarteti" layiq görülüb.

Qeyd edək ki, Tunisdə 2011-ci ilin yanvarında "Yasəmən" inqilabından sonra "Tunisdə milli dialoq kvarteti"" ölkədə demokratiya və plüralizmin yaradılmasında göstərdikləri xidmətət görə bu mükafata layiq görülüblər.

Laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək. Ənənəyə görə, mükafatlar Alfred Nobelin vəfatı günü təqdim olunur.

Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları) bərabər olacaq.

Xatırladaq ki, Nobel mükafatına layiq görülənlərin adları oktyabrın 5-dən elan olunmağa başlayıb. Kimya üzrə Nobel mükafatını alan 3 alimdən biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti