NATO-nun baş katibi: "Türkiyəni istənilən təhlükədən qorumağa hazırıq"

8-10-2015, 11:55
Oxunub: 411
Bu gün NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçiriləcək


"NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərini istənilən təhlükədən və təhdidən qorumağa hazırdır. Əlavə yardıma ehtiyacın olub-olmaması məsəsləsi Türkiyə hakimiyyəti ilə müzakirə edilir".

Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyanasa üzv dövlətlərin müdafiə nazirlərinin toplantısından öncə jurnalistlərə açıqlamasında bildirib.

"NATO Türkiyəni dəstəkləmək üçün yeni tədbirlər görməyi planlaşdırırmı" sualına cavabında Yens Stoltenberq deyib: "Türkiyə hökuməti ilə davamlı olaraq, vəziyyəti dəyərləndiririk. Onların əlavə yardıma ehtiyacı olub-olmamaları ilə bağlı sıx əlaqə saxlayırıq", - deyə o, vurğulayıb.

NATO-nun baş katib bildirib ki, Rusiya Silahlı Qüvvələri Suriyada İŞİD-dən daha çox müxalifətin mövqelərini bombalayır: "Rusiyanın Suriyada Bəşşar Əsəd rejimini dəstəkləməsində narahatam. Rusiyanı İŞİD-ə qarşı mübarizədə konstruktivliyə və əməkdaşlığa, Əsəd rejimini dəstəkləməməyə çağırıram".

Qeyd edək ki, bu gün NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçiriləcək. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti