Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

7-10-2015, 18:21
Oxunub: 673
Dövlət Komitəsi QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına da dəstək verəcək


Oktyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) geniş müşavirə keçirilib.

DQİDK-nin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, müşavirədə komitənin sədriMübariz Qurbanlı, komitə sədrinin müavinləri, DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirədə çıxış edən Mübariz Qurbanlı ölkədəki dini durum, Milli Məclisin plenar iclasında "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, qanunda edilən dəyişiklik Dövlət Komitəsinə əlavə səlahiyyətlər verilməsi ilə yanaşı məsuliyyətini də artırır. Eyni zamanda göstərilib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və Dövlət Komitəsi  bu fəaliyyətini ardıcıl olaraq davam etdirilməlidir. Müşavirədə Məhərrəm ayının başlanması münasibətilə qəbul edilən tədbirlər planı haqqında Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov ətraflı məlumat verərək bildirib ki, qəbul edilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Eyni zamanda Dövlət Komitəsi QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına da dəstək verəcək.

Müşavirədə bölgə şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, dini icmaların maarifləndirmə məqsədilə həyata keçirilən layihələrinin davam etdirilməsi, yeni icmaların yaradılması, məscid və icmaların qeydiyyatı məsələləri müzakirə olunub. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti