Deputatlığa namizədlərin sayı 1190 nəfərə çatıb

7-10-2015, 16:59
Oxunub: 460
İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib


Azərbaycanda indiyə qədər 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. Deputatlığa namizədliyi qeydə alınanlardan 263 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, 15 nəfərin namizədliyi "Azadlıq-2015" siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 910 nəfər namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
 
Bu günə qədər MSK-da 164 müşahidəçi akkreditasiyadan keçib. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti