Türk alim kimya üzrə Nobel mükafatı aldı

7-10-2015, 15:28
Oxunub: 708
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi sabah bəlli olacaq.


İsveçin Nobel Komitəsi 2015-ci ildə kimya üzrə mükafatın sahiblərini açıqlayıb.

Bu il kimya üzrə Nobel mükafatı İsveç alimi Tomas Lindal, amerikalı Pol Midriç və ABŞ-da yaşayan Türkiyə alimi Əziz Səncərə verilib. Onlar DNT-nin reparasiyası mexanizminin araşdırılması sahəsindəki nailiyyətlərinə görə layiq görülüblər.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi sabah bəlli olacaq.

Qeyd edək ki, bundan əvvəl fizika və tibb üzrə nobeliatların adları bəlli olub. Yaponiyalı Takaaki Kadzito və kanadalı Artur Makdonald “Neytrinlərin kütləsinin olduğunu göstərən neytrin rəqsləri” sahəsindəki kəşfləri ilə əlaqədar fizika üzrə bu mükafata layiq görülüblər.

Fiziologiya və tibb üzrə mükafatı isə irlandiyalı Uilyam Kempbell və yaponiyalı Satoşi Omura askarid parazitlərinin törətdiyi infeksiyaların müalicəsi sahəsindəki araşdırmaya, çinli Yuyu Tu isə malyariyanın müalicəsi sahəsindəki araşdırmaya görə bölüşüblər. (Virtualaz)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti