Ərdoğan: “Rusiya bizi itirərsə, çox şey itirər”

6-10-2015, 16:48
Oxunub: 398
“Sərhədlərimizin pozulmasına səbr göstərməyimiz mümkün deyil”


“Bu gün Əsədi qorumaq istəyənlər var. İran və Rusiya bu sıradandır. İndi Rusiyanın bizim sərhədlərimizi pozması hadisəsi də yaşanır.NATO-nun bu barədə sərt ultimatumu oldu. Belə hallara səbr göstərməyimiz mümkün deyil”.

“Hürriyet”in verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə Belçikanın baş naziri Şarl Mişel (Charles Michel) ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. R. T. Ərdoğan bildirib ki, bu arzuolunmaz addımları qəbul etmək Türkiyəyə yaraşmaz: “Baş verənlər NATO-nun da prinsiplərinə ziddir və NATO buna artıq reaksiya verib. Türkiyəyə qarşı atılan addım NATO-ya qarşı da atılmış olur. Rusiya ilə münasibətlərimiz ortadadır. Amma bizi itirə bilərlər. Rusiya Türkiyəni itirərsə, çox şey itirər”.  

R. T. Ərdoğan PKK-nın Suriya qolu PYD-nin İŞİD-ə qarşı mübarizə aparması səbəbindən bu qruplaşmaya müsbət yanaşılmasının yanlış olduğunu vurğulayıb: “”Əl Nüsra” terror təşkilatı da İŞİD-ə qarşı savaşır. İndi “Əl Nüsra” yaxşıdır? Amma PYD və PKK İŞİD-ə qarşı döyüşür deyə bunları yaxşı elan edənlər var”.(APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti