Akademik Nadir Seyidovla vida mərasimi keçirilir

6-10-2015, 13:59
Oxunub: 731
Qeyd edək ki, AMEA-nın həqiqi üzvü Nadir Seyidov dünən 84 yaşında vəfat edib.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında AMEA-nın həqiqi üzvü Nadir Seyidovla vida mərasimi keçirilir.

KİV-in verdiyi xəbərinə görə, vida mərasimində AMEA rəhbərliyi, mərhumun ailə üzvləri, həmkarları və digər şəxslər iştirak edir.Mərhum alim bu gün II Fəxri xiyabanda dəfn olunacaq.Qeyd edək ki, AMEA-nın həqiqi üzvü Nadir Seyidov dünən 84 yaşında vəfat edib.Dünya şöhrətli Azərbaycan alimi, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən hesab olunan N. Seyidov 1932-ci il aprelin 28-də Naxçıvanda anadan olub.O, Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirəndən sonra namizədlik, daha sonra doktorluq dissertasiyası müdafiə edib, ölkədə ən gənc elmlər doktorlarından biri olub.1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.N. Seyidov “Əməkdar Elm Xadimi” adına layiq görülüb, “Şərəf” və “Şöhrət” ordenləri ilə, həmçinin “Amerika Şərəf medalı” ilə təltif edilib.Alimin elmə verdiyi böyük töhfələrinə görə ona Prezident təqaüdü təyin olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti