Ərdoğan Belçikada liftdə qaldı - Video

6-10-2015, 11:23
Oxunub: 324
9 nəfərin mindiyi liftdən bir mühafizəçi düşsə də, lift hərəkətə keçməyib


Belçikada Avropa Parlamenti rəsmiləri ilə görüşmək üçün səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan liftdə qalıb.

Prezidentin mindiyi lift uzun müddət işləməyib. Avropa Parlamentinin prezidenti Martin Şults ilə görüşən Ərdoğan daha sonra liftə minib. Lift isə çox yükləndiyi üçün işləməyib. Ərdoğanın mühafizəçiləri “bir nəfər düşsün” deyərək vəziyyətə müdaxilə ediblər.

9 nəfərin mindiyi liftdən bir mühafizəçi düşsə də, lift hərəkətə keçməyib. Daha sonra mühafizəçilər liftin nəzarət panelinə müdaxilə edib onu düzəltməyə çalışıblar. (Lent.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti