Sergey Lavrov: "Rusiya "Normandiya dördlüyü"nün görüşündən razıdır"

5-10-2015, 16:05
Oxunub: 419
“Biz baş tutan danışıqlardan razıyıq"


Oktyabrın 2-də Parisdə keçirilən "Normandiya dördlüyü"nün (Rusiya, Almaniya, Fransa və Ukrayna) görüşü Minsk razılaşmasının həyata keçirilməsinə dair anlaşılmazlıqları aradan götürdü”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovlaoslu həmkarı Txonqlun Sisulitlə keçirdiyi birgə mətbuat konfransında bildirib. O deyib ki, Rusiya "Normandiya dördlüyü"nün görüşünün nəticəsindən razıdır.

“Biz baş tutan danışıqlardan razıyıq. Əminim ki, kimsə öz jurnalistlərinə nəsə desə belə, bu görüş bütün iştirakçılar üçün Minsk razılaşmasının həyata keçirilməsinə dair anlaşılmazlıqları aradan qaldırdı”, - deyə S. Lavrov qeyd edib.  (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti