​Səudiyyə Ərəbistanı neftin qiymətini endirib

5-10-2015, 13:45
Oxunub: 829
Sentyabr ayında Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını artırıb


Səudiyyə Ərəbistanı bazar günü alıcıları üçün neftin qiymətini bir qədər də endirib.

Report İnterfax Agentliyinə istinadən xəbər verir ki, bu ölkənin dövlət şirkəti "Saudi Aramco"nun bazar günü alıcılara göndərdiyi qiymət cədvəlində qeyd olunub ki, Asiyaya tədarük qiyməti hər barelə 1,7 dollar azalıb.

Səudiyyə Ərəbistan şirkəti, həmçinin Uzaq Şərq üçün qiyməti 3 dollar, ABŞ üçün 30 sent ucuzlaşdırıb.

Bundan başqa, "The Wall Street Journal" yazıb ki, sentyabr ayında Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını artırıb. Rusiya neft hasilatını rekord həddə - gündəlik 10,74 mln. barelə çatdırıb.

Səudiyyə Ərəbistanı da son aylarda gündəlik 10 mln. barel neft hasil edir və hasilata investitiyasını artırmaq niyyətindədir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti