Putinə “Gazprom”un bölünməsi təklif olunacaq

5-10-2015, 10:39
Oxunub: 364
“Bu addım qazın nəqli ilə bağlı tariflərin müəyyənləşməsinə bütövlüklə müsbət təsir edəcək"


Rusiya Federal Antiinhisar Xidməti “Gazprom” şirkətinin bölünməsi təşəbbüsü ilə prezident Vladimir Putinə müraciət edəcək.

Report-un “RBK”-ya istinadən verdiyi xəbərə görə, xidmətin rəis müavini Anatoli Qalamolzin bildirib ki, “Gazprom” şirkətinin boru xəttləri ilə bağlı fəaliyyət istiqaməti yeni bir şirkətə tapşırılmalıdır.

“Bu addım qazın nəqli ilə bağlı tariflərin müəyyənləşməsinə bütövlüklə müsbət təsir edəcək. Qazın istehsalı və nəqlinə ayrılan xəclər aydın olacaq. Hazırda bu göstəricilər arasındaki fərq qeyri müəyyəndir”, - deyə Qalamolzin bildirib.

Onun sözlərinə görə, Federal Antiinhisar Xidməti hökümətin məsələ ilə bağlı qərarının ilin sonunadək qəbul edilməsini istəyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti