Qardaş qardaşı öldürdü

25-02-2013, 10:19
Oxunub: 1793


Fevralın 24-də saat 01 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, M.Rəsulzadə qəsəbəsi, R.Qənbərov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Maqsudov Vasif Vahid oğlu şəxsi münasibətlər zəminində qardaşını qətlə yetirib. 28 yaşlı oğlan yaşadığı evdə onunla eyni ünvanda qalan qardaşı, 1983-cü il təvəllüdlü Asif Maqsudovu qarın nahiyəsindən bıçaqlayıb. İkincinin həyatını xilas etmək mümkün olmayıb.

V.Maqsudov polis tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti