Obama: Suriya böhranını güc yolu ilə həll etmək mümkün deyil

3-10-2015, 02:02
Oxunub: 708
“Suriya böranının siyasi həlli istiqamətində Moskva ilə də işləməyə hazırıq”


ABŞ prezidenti Barak Obama hesab edir ki, Suriya böhranını güc yolu ilə həll etmək mümkün deyil.

Ağ Ev başçısı bildirib ki, Suriyada baş verən hadisələr Vaşinqtonun regiondaki müttəfiqləri üçün “çox ciddi problemlər yaradır”.

“Suriya böranının siyasi həlli istiqamətində Moskva ilə də işləməyə hazırıq”, - deyən Obama bildirib ki, Bəşər Əsədin bu günə kimi hakimiyyətdə qalmasının yeganə səbəbi İran və Rusiyanın dəstəyi olub.

Bununla yanaşı Obama qeyd edib ki, Rusiya hərbi aviasiyası hazırda Suriyada müxalifət qüvvələri ilə “İŞİD” qruplaşması arasında fərq qoymur.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti