İnsan və heyvanda olan hər növ virus müəyyən ediləcək

2-10-2015, 21:59
Oxunub: 677
Alimlər insan və heyvanda olan ən xırda virusu aşkar edə biləcək sadə test üsulu yaradıblar


ABŞ-ın Missuri ştatındakı Vaşinqton Universitetinin tədqiqatçıları daha bir yeniliyə imza atıblar.

Report xəbər verir ki, alimlər insan və heyvanda olan ən xırda virusu aşkar edə biləcək sadə test üsulu yaradıblar.

"Virocap" adlandırılan yeni testdən həm Ebola, həm də SARS kimi yoluxucu xəstəliklərlə yanaşı, mədə-bağırsaq problemlərinə səbəb olan bir neçə virusun aşkar edilməsi üçün istifadə edilməsi nəzərdə tutulub.

Tədqiqatçıların rəhbəri həkim Qreqori Storc bildirib ki, standart testlərlə diaqnoz qoymaqda çətinlik çəkilir və epidemiyaya nəyin səbəb olduğunun bilinmədiyi hallarda "Virocap" testinin xüsusi faydası olacaq.

Tədqiqatçılar yeni test üsulundan daha geniş şəkildə istifadə etmək istədiklərini və klinikalara paylamağın bir az zaman alacağını qeyd ediblər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti