Houkinq: "Tanrı yoxdur, süni intellektdən qorxmaq lazımdır"

2-10-2015, 15:47
Oxunub: 3285
"Dünyanın necə yarandığını izah etmək üçün elm kifayətdir"


Tanınmış astrofizik Stiven Houkinq tanrının olmadığını, elmin təbiətdə baş verən bütün prosesləri izah etmək iqtidarında olduğunu bəyan edib.

Bu barədə Houkinq İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.

“Mən “tanrı” sözündən Eynşteynin təbiət qanunları haqqında danışdığı kimi mücərrəd mənada istifadə edirəm. Dünyanın necə yarandığını izah etmək üçün elm kifayətdir və bura tanrını qatmağa ehtiyac yoxdur. Ehtimal var ki, yadplanetlilər işğalçı olacaq və səyahət edə biləcəkləri bütün planetləri işğal edəcəklər. Mənim riyazi düşüncəmə görə, hesablamalar və rəqəmlər yadplanetlilər haqqında mövcud varlıqlar kimi düşünməyə imkan verir. Bizim üçün ən əsas çağırış – onların hansı formada ola biləcəyini anlamaqdır”, - Houkinq qeyd edib.

Astrofizikin sözlərinə görə, yaxın gələcəkdə bəşəriyyət kompüterlər tərəfindən gələ biləcək təhlükə haqqında ciddi düşünməli olacaq. Houkinq bəyan edib ki, 100 il sonra süni intellekt bəzi parametrlərə görə insanı geridə qoya bilər və o zaman insanlar əmin olacaqlar ki, maşınlarla onların hədəfləri eynidir: “Düşünürəm ki, bəşəriyyətin sağ qalmağı bizim kainatda yeni ev tapıb-tapmamğımızdan asılı olacaq. Çünki dünyanın hər hansı bir fəlakət nəticəsində məhv olması ehtimalı davamlı olaraq artır. Məhz buna görə, mən bütün insanların kosmik araşdırmaların vacibliyini anlamalarını istəyirəm”. (Azvision.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti