Hindistanlı diplomat Bakıda qəzaya düşdü

2-10-2015, 14:47
Oxunub: 540
Qəza Nəsimi rayonu, Abbas Səhhət küçəsində baş verib


Hindistanın Azərbaycandakı səfirinin köməkçisi Kumara Şarma Pramuduna Bakıda yol qəzasına düşüb.

Bu barədə virtualaz.org-a Nəsimi Rayon Polis İdarəsindən məlumat veriblər.

İnformasiyaya görə, qəza Nəsimi rayonu, Abbas Səhhət küçəsində baş verib. Rüstəm Rüstəmov adlı Bakı sakininin idarə etdiyi “Toyоta Camry” markalı maşın Abbas Səhhət, 16 ünvanında 44 yaşlı hindli diplomatın idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə toqquşub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti