Sankt-Peterburqdan Lənkərana təyyarə reysi açılır

2-10-2015, 14:42
Oxunub: 444
Uçuşlar həftənin cümə axşamı günləri həyata keçiriləcək


"Ural Hava Yolları" şirkəti Sankt-Peterburqdan Lənkərana təyyarə reysi açır.

Bu marşrut üzrə ilk uçuş oktyabrın 29-da baş tutacaq.

Uçuşlar həftənin cümə axşamı günləri həyata keçiriləcək. Sərnişinlərə rahat "Airbus" təyyarələri xidmət göstərəcək.

"Ural Hava Yolları" 2014-2015-ci illərdə sərnişindaşımalara görə Rusiyanın beş aparıcı aviaşirkəti sırasına daxil olub. Ötən il bu aviaşirkətin xidmətindən 5 milyon sərnişin yararlanıb. Şirkətin uçuş coğrafiyası 200-dən çox istiqaməti əhatə edir.

Qeyd edək ki, "Ural Hava Yolları" şirkətinin avia-parkı 35 rahat "Airbus" təyyarəsindən ibarətdir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti