Putin və Poroşenko Parisdə danışıqlar masasına əyləşir

2-10-2015, 13:52
Oxunub: 683
ATƏT-in missiyasının fəaliyyəti və digər məsələləri müzakirə edəcəklər.


Bu gün Parisdə “Normandiya dördlüyü”nün sammiti keçiriləcək.

Sammitdə iştirak edəcək Rusiya, Almaniya, Fransa və Ukraynanın liderləri Donbas hövzəsində seçkilərin keçirilməsi, qoşunların təmas xəttindən aparılması, münaqişə bölgəsində ATƏT-in missiyasının fəaliyyəti və digər məsələləri müzakirə edəcəklər.

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko “Normandiya formatı” üzrə danışıqlardan başqa, bir sıra ikitərəfli görüşlər keçirəcəklər. Vladimir Putinin Angela Merkel və Fransua Ollandla görüşəcəyi planlaşdırılıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya liderinin Pyotr Poroşenko ilə ikitərəfli danışıqları nəzərdə tutulmayıb.(Virtualaz)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti