Baş redaktorlar bir yerə yığıldı - Seçkiqabağı təşviqatla bağlı

2-10-2015, 11:39
Oxunub: 544


Azərbaycan Respublikası Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Azərbaycan Milli Məclisinə seçkilər, seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov və Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev də iştirak edir.

Seminar-müşavirədə “Seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, həmçinin “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda məruzələr olacaq.

Tədbirdə ölkənin tanınmış mətbuat orqanlarının baş redaktorları və nümayəndələri iştirak edir. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti