Azərbaycanda ən çox maaşı kimlər alır?

2-10-2015, 10:56
Oxunub: 443
Orta aylıq nominal əmək haqqının səviyyəsi 5,6 faiz artaraq 650,7 manat olub


Ən yüksək əmək haqqı olan sahələr məlum olub

Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 5,6 faiz artaraq 650,7 manat olub.

Komitədən onu da bildiriblər ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, tikinti və bank, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olub. (Azvision.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti