NATO komandanı: "Rusiyanın Suriyadakı qırıcıları alyans üçün təhlükəlidir"

1-10-2015, 16:47
Oxunub: 383
"Mən İŞİD-in elə bir təyyarəsinin görmədim ki, "SA-12" və "SA-22"-dən ona qarşı istifadəyə ehtiyac olsun"


"Rusiyanın Suriyadakı Hava Hücumundan Müdafiə sistemi (HHM) İŞİD-lə mübarizə üçün nəzərdə tutlmayıb və həmin sistemlər NATO üçün təhlükədir".

Bunu NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlav bildirib.

Onun sözlərinə görə, Rusiyanın Suriyada "SA-15" və "SA-22" "Yer-Hava" tipli raket sistemi yerləşdirməsi, habelə "Su-30" qırıcıları NATO qüvvələri üçün potensial təhlükədir: "Suriyanın hava limanlarında biz bir neçə qabaqcıl Hava Hücumundan Müdafiə sistemlərini görmüşük. Bunlar İŞİD-ə qarşı mübarizə üçün nəzərdə tutulmayıb. Mən İŞİD-in elə bir təyyarəsinin görmədim ki, "SA-12" və "SA-22"-dən ona qarşı istifadəyə ehtiyac olsun".

NATO-nun təsnifatına əsasən, "SA-15" taktiki zenit raket kompleksi "Top"-dur, "SA-22" quruda yerləşdirilən Rusiyanın Özüyeriyən Zenit Raket-Atıcı kompleksi "Pantsir-C1"-dir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti