Xaricdən ​Ermənistana pul köçürmələri kəskin azalıb

1-10-2015, 13:55
Oxunub: 501
2014-cü ilin həmin ayında bu rəqəm 156 milyon 15 min dollar olub


Xarici ölkələrdən Ermənistandakı fiziki şəxslərə pul köçürmələrinin həcmi 44 faiz azalıb.

Report Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Xəbərə görə, 2015-ci avqustunda Ermənistana 87 milyon 220 min dollar qeyri-ticarət pul köçürməsi edilib. Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 44 faiz azdır. 2014-cü ilin həmin ayında isə bu rəqəm 156 milyon 15 min dollar olub.

Məlumatda bildirlib ki, cari ilin ilk 8 ayında ölkəyə 584 milyon 852 min dollar qeyri-ticarət köçürmə edilib. Ötən ilin hesabat dövründə isə bu rəqəm 926 milyon 920 min dollar təşkil edərək, 2014-cü illin ilk 8 ayı iə müqayisədə 342 milyon 68 min dolar, yaxud 30 faizə yaxın azalma müşahidə olunub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti