​Əfqanıstanın Kunduz şəhərində 150 terrorçu öldürülüb

1-10-2015, 13:26
Oxunub: 200
"Bizim hərbçilər "Taliban"nın silahlı dəstələrini təqib edir"


Əfqanıstanın Kunduz şəhərinin "Taliban" terrorçularından təmizlənməsi əməliyyatı zamanı 150-dən çox silahlı öldürülüb.

Bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Hərbi aviasiyanın dəstəyi ilə təhlükəsizlik qüvvələri terrorçuları Kunduz əyalətindən çıxarıb. Bizim hərbçilər "Taliban"nın silahlı dəstələrini təqib edir. Artıq ordumuz heç bir müqavimətlə üzləşmədən əyalətin Bala-i-Hisar və Pol-e-Rəhmətxan rayonlarına daxil olublar. Antiterror əməliyyatı nəticəsində 90 ekstremist yaralanıb, yüzə yaxın terrorçu isə həbs edilib", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, terrorçular 300 minə yaxın sakini olan Kunduz şəhərini sentyabrın 28-də ələ keçirmişdi. ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları sentyabrın 29-da terrorçuların şəhər ətrafındakı mövqelərini bombalamışdı.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti