Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunur

1-10-2015, 11:52
Oxunub: 735
Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar


Azərbaycan Respublikası Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 97-cı ildönümü - növbəti peşə bayramını təntənəli şəkildə qeyd edib.

Bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər Prokurorluğu orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

Prokurorluq işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının da xatirəsini anıb, məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar prokurorluğun fəaliyyəti ilə bağlı elmi-praktiki konfrans keçirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti