ABŞ Ukraynaya 7,5 milyon dollar əlavə yardım ayıracaq

1-10-2015, 11:12
Oxunub: 367
Ukraynaya ayrılan humanitar yardımın məbləği 69 milyon dollara çatacaq


ABŞ hökuməti Ukraynaya 7,5 milyon dollar həcmində əlavə humanitar yardımın ayrılması barədə qərar qəbul edib.

Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat xidməti açıqlama yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, bununla böhran başlayandan indiyədək ABŞ tərəfindən Ukraynaya ayrılan humanitar yardımın məbləği 69 milyon dollara çatacaq.

Humanitar yardıma tikinti materialları, ərzaq malları, tibbi ləvazimatlar, yataq dəstləri və digər zəruri mallar daxildir.(APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti