​Mərkəzi Elmi Kitabxana istifadəyə verilib

30-09-2015, 17:52
Oxunub: 697
Kitabxanadan istifadə qaydaları və istifadəçilərə aid bölmələrin yerləşməsi haqqında təlimatla tanış olublar


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası istifadəyə verilib.

AMEA-nın mətbuat xidmətindən Report-a bildirilib ki, ilk olaraq oxucular qeydiyyatdan keçib, kitabxanadan istifadə qaydaları və istifadəçilərə aid bölmələrin yerləşməsi haqqında təlimatla tanış olublar.

Müasir avadanlıqlarla tam təchiz olunan oxu zallarında oxucular yeni standartların tələblərinə cavab verən xidmət çərçivəsində elektron resurslara çıxış imkanlarından istifadə ediblər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti