Azərbaycan alimi Marsda su tapılmasına münasibət bildirdi

30-09-2015, 11:42
Oxunub: 899
"Marsın atmosferi Yerin atmosferindən 160 dəfə seyrəkdir"


"Marsda suyun tapılması bu planetdə nə vaxtsa həyatın olmasının bir göstəricisidir. Yerdən başqa Günəş sisteminin digər planetlərində həyat olmadığından, dərhal suallar meydana çıxır".

Bunu Report-a açıqlamasında AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsadxanasının aparıcı elmi işçisi, "Planetlər və kiçik səma cisimləri" şöbəsinin əməkdaşı, fizika elmləri doktoru Ədalət Ətayi bildirib:

"Marsda suyun tapılması dərhal orada həyatın necə yaranması və məhv olması ilə bağlı sualları meydana çıxarır. Bu suallara 2033-cü ildən sonra - Marsın səthinə uçuşlar zamanı cavab vermək olar", - alim bildirib.

Ə.Ətayi xatırladıb ki, Marsın atmosferi Yerin atmosferindən 160 dəfə seyrəkdir. Onun sözlərinə görə, belə seyrək atmosfer canlı orqanizmi xarici ultrabənövşəyi şualardan və yüklü zərrəciklərdən qorumaq imkanına malik deyil.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti