UNEC-də "İqtisadçı Gənclər Akademiyası" yaradılıb

29-09-2015, 15:20
Oxunub: 669


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "İqtisadçı Gənclər Akademiyası" yaradılıb.

UNEC-dən Report-a verilən xəbərə görə, akademiyanın əsas məqsədi gənclərin iqtisadiyyatın müxtəlif sahələrində elmi tədqiqat bacarıqlarının artırılması və ictimaiyyət arasında təbliğidir.

Burada tələbələr iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmalar aparacaq, yerli və xarici şirkətlərin təcrübə proqramlarından yararlancaqlar. Akademiyada, həmçinin gənclərin iqtisadi biliklərinin artırılması məqsədi ilə elmi konfransların, dəyirmi masaların, seminarların keçirilməsi nəzərdə tutulur.

Akademiyanın sədri UNEC-in İqtisadiyyat və sənaye fakültəsinin 3-cü kurs tələbəsi Hidayət Kərimovdur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti