​D. Oniani:"Cənub Qaz Dəhlizi layihəsinə alternativ görmürük"

29-09-2015, 11:51
Oxunub: 589
Bu layihənin region üçün böyük faydası olacaq, Avropa bazarı regiona daha da yaxınlaşacaq


Gürcüstan hökuməti Cənub Qaz Dəhlizi layihəsinə alternativ görmür.

Report xəbər verir ki, bunu Bakıda keçirilən III Azərbaycan və Xəzər dənizi Neft-Qaz Həftəsində Gürcüstan Neft və Qaz Korporasiyasının (GOGC) strateji planlaşdırma üzrə məsləhətçisi David Oniani bildirib.

D.Oniani qeyd edib ki, bu layihənin region üçün böyük faydası olacaq, Avropa bazarı regiona daha da yaxınlaşacaq.

"Bu layihə regional inkişaf, Azərbaycan, Gürcüstan və Türkiyədə iqtisadiyyatın daha da inkişaf etməsi üçün vacibdir və bu ölkələrin strateji planlarına uyğundur. Layihə həm də Avropa İttifaqı üçün prioritetlərdən biridir. Layihə çərçivəsində kritik mərhələdən keçmişik və əminlik atmosferi yaratmaqdayıq", - deyə GOGC təmsilçisi vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti