İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

29-09-2015, 11:37
Oxunub: 657
Xalis çəkisi 935,0 qram olan narkotik vasitə - heroin aşkar edilib


Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının Bəhrəmtəpə-Ağcabədi avtomobil yolunun 14-cü kilometrliyində keçirdikləri əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşları Aydın Hümbətov və Anar Mahmudov saxlanılıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, saxlanılan şəxslərdən İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 1 ədəd sellofan bağlamada, xalis çəkisi 935,0 qram olan narkotik vasitə - heroin aşkar edilib. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti