NASA bu gün Marsın sirrini açır - Elan

28-09-2015, 13:35
Oxunub: 871
NASA alimləri Marsda maye halında olan su aşkar edildiyini elan edəcəklər


Amerikanın Milli Aerokosmik Agentliyi (NASA) öz saytında bu gün mühüm mətbuat konfransının keçiriləcəyinə dair elan yerləşdirib.

Bakı vaxtı ilə saat 19:30-da başlayacaq mətbuat konfransında “Marsın sirrinin açılmasından” bəhs olunacaq.

Bu elan geniş rezonansa və müxtəlif versiyalara səbəb olub. Ola bilsin ki, NASA alimləri Marsda maye halında olan su aşkar edildiyini elan edəcəklər. Hərçənd ki, başqa variantlar da mümkündür. Məsələn, Marsda həyat əlamətlərinin tapılması kimi.

CNN bildirir ki, NASA-nın press-relizində hansısa əlavə təfərrüatlar yer almır, ancaq brifinqin iştirakçılarının siyahısı verilib. Onlardan üçü bu həftənin ortalarında Avropa planetelogiya konqresində təqdim olunacaq hesabatın müəllifləridir.

Hesabat müəllifləri bildirirlər ki, Marsın səthində müntəzəm olaraq peyda olan qara kölgələr duzlu suyun izləridir. Marsın səthində sabit maye mənbəyinin olması bir sıra suallar yaradır. Bu, o cümlədən planetdə həyat mənbəyinin olmasından xəbər verə bilər.(virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti