Qarabağı istəyənlər oxusun

22-02-2013, 18:58
Oxunub: 3727


Xocalı faciəsinin 21-ci ilinin tamam olunması ilə bağlı Etatist.com internet qəzeti olaraq "Qarabağı istəyirik” mövzusunda gənclərin, siyasi görüşündən, təhsilindən, ictimai fəal olub olmamasından asılı olmayaraq söz demək hüququnun olacağı müzakirə təşkil edirik.

24 fevral 2013-cü il tarixində, saat 14:00-da etatist.com internet qəzetinin təşkilatçılığı "Qarabağı istəyirik” mövzusu ilə tədbir keçiriləcək.


Tədbirdə, Azərbaycanda fəaliyyət göstərən aktiv gənclər təşkilatlarının rəhbərlərinin, və üzvlərinin Qarabağ münaqişəsinin həllinə dair öz baxış bucaqları ilə məruzələri olacaqdır. Məruzələrdə, münaqişənin həllinə dair hər təşkilatın özünün iqtisadi, sosial, siyasi vasitələrlə necə həll edə biləcəyinə dair konseptual baxış ortaya qoyulacaqdır.

Tədbirdə:

Müsbət Dəyişiklik Gənclər Hərəkatının üzvü Bəxtiyar Hacıyev, Xocalı faciəsinin təbliğinin xaricdə qurulması;

Dalğa Gənclər Hərəkatının sədrinin müavini Həmidə Qiyasbəyli, Xalq diplomatiyasının münaqişənin həllində rolu;

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, Qarabağ münaqişəsi və hakimiyyətin münasibəti;

Klassik Xalq Cəbhəsi Partiyasının sədrinin gənclər məsələləri üzrə müşaviri Sərxan Carçı, Qarabağın münaqişəsinin həlli milli hökumətdən keçir;

Azərbaycan Avropa Hərəkatının İctimaiyyətlə Əlaqələr katibi Pərviz Əzimov, Konfliktin həllində mədəniyyətin rolu;

Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı;

Ümid Partiyasının sədrinin müavini Ruslan İzzətli, Türkiyə-Ermənistan sərhədlərinin açılması və Qarabağ problemi;

Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, Beynəxalq hüquq münaqişənin həlli yolunda mövzusu ilə çıxış edəcək.

 

Tədbir açıq olduğuna görə hər kəs izləyə bilər. Tədbirdə çıxış etmək istəyənlər öz CV-lərini etatist.com@gmail.com ünvanına göndərə bilərlər.

 

Tədbir, Nərimanov rayonu İlqar Xəlilov küçəsi 19\29 ünvanında keçiriləcəkdir. İzləyici kimi tədbirə qoşulmaq istəyənlər 24 fevral saat 13:00-da Nəriman Nərimanov metrostansiyasının yanında 055 880 71 52 nömrəsilə əlaqə saxlaya bilər.

Şərhlər : 2 Şərh yaz
Pənah Pənahlı 22 fevral 2013 22:41  
Hər şey gözəl,xoşdu amma bu saytı 5-6 nəfər tanıyır ona görə də az insanın xəbər tutması az insan cəmləmək demək deyilmi?
iqrar 24 fevral 2013 15:34  
Qarabaq ancaq muharibe yolu ile alina biler.bu hem de milli qururumuzu qaytarmaq demekdir.sulh danisiqlari ise biz oz serhedlerimize catanda ola biler. bundan basqa yol yoxdur!!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti