Bu il üçün sonuncu Ay tutulması olub

28-09-2015, 10:20
Oxunub: 685
Sonuncu tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır


Yer sakinləri bu il üçün sonuncu Ay tutulmasını müşahidə ediblər.

Tutulma bu gecə Qrinviç vaxtı ilə 1:07-də başlayıb, 4:27-də başa çatıb.

Göy hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə edilib. Hadisə ümumilikdə 3 saat 20 dəqiqə davam edib. Ayın tam fazası isə 1 saat 12 dəqiqə davam edib.

Xatırladaq ki, baş verən təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur. Sonuncu tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə "qanlı Ay" kimi tanınır.

Qeyd edək ki, kosmik hadisə bu il üzrə Ayın Yer kürəsinə ən yaxın - 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşməsidir. Həmin gün Ay səmada tam görünməklə yanaşı, Yer kürəsinə bir qədər də yaxınlaşıb və nəticədə onun üzərinə planetimizin kölgəsi düşüb. Bu zaman Günəş şüaları Yerin atmosferinə keçərək göy və bənövşəyi rəngləri aradan götürüb və bu zaman Ay bütünlüklə qırmızı rəngə boyanıb.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti