​Gürcüstan və Rusiya Ermənistana qaz nəqlini müzakirə edib

28-09-2015, 01:16
Oxunub: 609
"Qazprom" ilə Gürcüstana təbii qaz tədarükünə dair müqavilə rəsmiləşdirir


Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller bu həftə Brüsseldə baş tutan görüşdə Rusiya qazının Gürcüstana nəqli və onun Ermənistana tranziti ilə bağlı məsələləri müzakirə ediblər.

Bu barədə jurnalistlərə K.Kaladze məlumat verib.

"Bu, işgüzar görüş idi. Gürcüstanın qaz nəqli şirkəti hər il "Qazprom" ilə Gürcüstana təbii qaz tədarükünə dair müqavilə rəsmiləşdirir", - deyə o bildirib.

Nazir qeyd edib ki, bu görüşlər hər il baş verir. "Brüsseldə "Qazprom" rəhbərliyi ilə analoji görüş Gürcüstana qaz tədarükü və onun tranziti ilə əlaqədar keçirilib", - deyə nazir bildirib.

Hazırda Rusiya qazının Gürcüstana nəqli yalnız onun Ermənistana tranzitinə görə ödəniş şəkilində həyata keçirilir ki, bunun sayəsində respublikaya tədarük olunan qazın 10 faizi qalır. Gürcüstana əsas qaz ixracatçısı Azərbaycandır.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti