​Ruhani: Məkkədəki faciə və digər hadisələr araşdırılmalıdır

26-09-2015, 20:59
Oxunub: 827
"Mən faciədə ölmüş əzizlərinə ağlayan ailələrə başsağlığı verirəm"


Səudiyyə Ərəbistanının Məkkə şəhərində basırıq nəticəsində 700-dən artıq insanın həyatını itirdiyi faciə, həmçinin Həcc ziyarəti zamanı baş verən digər insidentlər araşdırılmalıdır.

Bunu sentyabırn 26-da BMT-nin mənzil qərargahında keçirilən sabit inkişaf sammitində çıxışı zamanı İran prezidenti Həsən Ruhani bildirib.

"Mən çərşənbə günü Məkkədə minlərlə müsəlmanın, o cümlədən iranlıların başına gələn ürəksızladıcı insidentlə bağlı dərin təəssüfümü bildirirəm. Mən faciədə ölmüş əzizlərinə ağlayan ailələrə başsağlığı verirəm", - deyə İran prezidenti bildirib.

O, zərərçəkənlərin ehtiyaclarına lazımi diqqət yetirməyə çağırıb.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti