ASAN xidmət Göygöl və Siyəzəndə

26-09-2015, 12:54
Oxunub: 666
ASAN xidmət Göygöl rayonunda Göygöl və Samux, Siyəzən rayonunda isə Siyəzən və Xızı sakinlərinə səyyar formada xidmət göstərəcək


ASAN xidmət Göygöl və Siyəzən rayonlarında vətəndaşlara səyyar xidmət göstərəcək.

Etatist.com "ASAN"ın yaydığı məlumata istinadən bildirir ki, 26 sentyabr – 10 oktyabr tarixlərində Səyyar ASAN xidmət Göygöl rayonunda Göygöl və Samux, Siyəzən rayonunda isə Siyəzən və Xızı sakinlərinə səyyar formada xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

· Notariat fəaliyyəti;

· Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

· Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

· Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

· Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

· Əmək pensiyalarının təyin edilməsi;

· Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

· Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

· Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti