Ramin Hacılı seçildi

22-02-2013, 17:09
Oxunub: 1549


Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı "ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin (AAA) İdarə Heyətinə üzv seçilib.

Etatist.com-un Azərbaycan Avropa Hərəkatından aldığı məlumata görə, "International Visitors Leadership Programme" (IVLP) məzunları arasında keçirilən seçkilərin nəticəsi olaraq digər namizədlərdən daha çox səs toplayan R. Hacılı AAA-in İdarə Heyətinin üzvü olub.

Qeyd edək ki, Ramin Hacılı 2010-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən IVLP proqramı üzrə məzun olub. Xatırladaq ki, Dalğa Gənclər Hərəkatının həmtisisçisi olan Ramin Hacılı hazırda, Azərbaycan Avropa Hərəkatının prezidentidir.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının məzunlarını birləşdirən qeyri- hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bir qrup azərbaycanlı məzunun bütün ABŞ təhsilli vətəndaşları bir yerdə toplamaq və Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılıb. Birliyi Dövlət Departamentinin və USAID tərəfindən maliyyələşdirilən müxtəlif mübadilə proqramlarını təmsil edən 17 məzundan ibarət İdarə Heyəti idarə edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti