Azərbaycanda ən çox qoyulan adlar: Yusif və Zəhra

25-09-2015, 11:42
Oxunub: 420
9 ay ərzində 2348 nəfər Zəhra adı verilib


Bu ilin 9 ayı ərzində Azərbaycanda doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusifdir. Belə ki, 9 ay ərzində doğulmuş oğlan uşaqlarından 2380 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adlarının arasında Əli (1686), Hüseyn (1668), Murad (1033), Məhəmməd (1006) adları da var.

Qız adları arasında populyarlıq qazanan ad Zəhra adıdır. Belə ki, 9 ay ərzində 2348 nəfər Zəhra adı verilib. Yeni doğulan qız uşaqlarına verilən adlar arasında üstünlük təşkil edən digər adlar isə Nuray (1699), Fatimə (1507), Aylin (1194), Zeynəb (1128), Ayan (1033) adlarıdır.

Qeyd edək ki, bu adlar həm də son beş il ərzində ən çox qoyulan adlardır.


Onu da qeyd edək ki, son beş il ərzində oğlan uşaqlarına qoyulan adlardan İlkin (1268), Adəm (1247), Röyal (1227) adları ən az populyarlıq qazanan adlardır.

Qız adlarından ən az qoyulan adlar isə Gülər, Əsmər və Arzu adlarıdır. Belə ki, son beş ildə doğulan qız uşaqlarından 1397 nəfərə Gülər, 1364 nəfərə Əsmər,  1304 nəfərə isə Arzu adı verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti