UNESCO Moskvadakı bürosunu bağlayır

24-09-2015, 11:55
Oxunub: 244
Bu, mədəniyyət abidələrinin saxlanmasına, UNESCO-nun siyahısına yeni obyektlərin daxil edilməsinə təsir etməyəcək


Bu gün UNESCO-nun Moskvada bürosu rəsmi şəkildə bağlanır.

APA-nın "m24.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş ofisindən məlumat veriblər. Qurumdan bunu ofisin öz vəzifələrini artıq yerinə yetirməsi ilə əlaqələndiriblər. Parisdəki baş ofislə birgə fəaliyyət xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya Federasiyasının UNESCO ilə iş üzrə komissiyası vasitəsi ilə həyata keçiriləcək. Komissiyanın məsul katibi Qriqori Orconikidze bildirib ki, Moskva bölməsinin baş ofisdən aldığı maliyyənin Afrika ölkələri üçün olan layihələrə yönəldilməsi qərara alınıb. Lakin bu, mədəniyyət abidələrinin saxlanmasına, UNESCO-nun siyahısına yeni obyektlərin daxil edilməsinə təsir etməyəcək.

Qeyd edək ki, UNESCO-nun Moskva bürosu təşkilatın Azərbaycan Ermənistan, Belarus, Moldova və Rusiya ofislərini özündə birləşdirir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti