Avropa liderləri Ərdoğanla görüşmək istəyir

24-09-2015, 11:51
Oxunub: 306
"Avropa Şurasının rəhbərləri Belçikanın paytaxtında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəklər"


Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının aradan qaldırılması yollarını müzakirə edəcəklər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Angela Merkel Avropa İttifaqının miqrasiya böhranı ilə bağlı fövqəladə sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Bununla əlaqədar oktyabrın 5-də Avropa Komissiyası və Avropa Şurasının rəhbərləri Belçikanın paytaxtında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəklər” - deyə A.Merkel bildirib
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti