Aİ Türkiyəyə bir milyard avro ayırdı - Qaçqınlarla bağlı

24-09-2015, 10:49
Oxunub: 825
2016-cı il üçün Avropa İttifaqı dövlətlərinə təcili yardım məqsədi ilə 100 milyon avro azılaşdırdıqlarını deyib


Avropa İttifaqının (Aİ) sammitində qaçqın probleminin həlli üçün Türkiyəyə bir milyard, Makedoniyaya isə 700 milyon avro ayrılması barədə qərar qəbul edilib.

Bu haqda Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Yunker quruma üzv dövlətlərin başçılarının görüşünün yekunundan danışarkən bildirib.

O, 2016-cı il üçün Avropa İttifaqı dövlətlərinə təcili yardım məqsədi ilə 100 milyon avro, sərhədlərin qorunması və təhlükəsizlik təmin edilməsi üzrə təşkilatlara - "Fronteks" və "Avropol"a 600 milyon avro ayrılmasını razılaşdırdıqlarını deyib: "200 milyon avro Ümumdünya Ərzaq Proqramına, 300 milyon avro isə qaçqınlara birbaşa yardım ayrılıb".(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti