"​Petkim"in səhmləri üzərindəki girov ləğv edilib

23-09-2015, 11:48
Oxunub: 450
"Petkim" sərmayəsinin 51%-ni təmsil edən paylar üzərində kredit verənlər lehinə təsis edilən girovlar qaldırılıb.


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Turkey Energy A.Ş"-nin (STEAŞ) "Petkim (PetroKimya) Holding A.Ş.”-də 51%-lik səhm alması üçün aldığı kreditin geri ödənilməsi ilə bağlı "Petkim"in səhmləri üzərinə qoyulan girov məhdudiyyəti ləğv edilib.

Report xəbər verir ki, bu barədə "Petkim"in Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasındakı açıqlamasında qeyd edilib.

Bildirilib ki, STEAŞ-ın sahib olduğu "Petkim" sərmayəsinin 2,35%-i təmsil edən hissələr və STEAŞ-ın tabe olduğu ortağı "SOCAR Turkey Petrokimya"nın sahib olduğu "Petkim" sərmayəsinin 51%-ni təmsil edən paylar üzərində kredit verənlər lehinə təsis edilən girovlar qaldırılıb.

Qeyd edək ki, 30 may 2008-ci il tarixində keçirilmiş hərracda “Petkim Holding”in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR/Turcas Enerji A.Ş." tərəfindən satın alınıb. 30 mart 2012-ci ildə isə “Socar Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Səhmlərin alınmasından sonra SOCAR-ın “Petkim”dəki payı 61,32%-ə çatıb, qalan 38,67% isə İstanbul Fond Birjasında sərbəst dövriyyədə yerləşdirilib.

SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti